Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:10

Navaz Sharif hökumət yaradılmasını müzakirə edir


 Nawaz Sharif
Nawaz Sharif
Pakistanın keçmiş baş naziri Navaz Sharif tərəfdaşları ilə yeni hökumət yaradılmasının müzakirəsinə başlayıb.

Dünən keçirilən parlament seçkilərinin ilkin nəticələri onun tərəfdarlarının parlamentdə kifəyət qədər yer qazandıqlarını göstərir ki, bu onun təkpartiyalı hökumət yaratmasına bəsdir.

İkinci yerdə keçmiş məşhur kriket oyunçusu İmran Khanın “Təhriki İnsaf” partiyası gəlir.
Prezident Asif Ali Zardarinin rəhbərlik etdiyi “Pakistan xalq partiyası” isə seçkidə ciddi şəkildə məğlub olub.

Navaz Sharif Lahorda çıxış edərkən ölkədəki problemləri həll etmək üçün bütün siyasi qüvvələri əməkdaşlığa çağırıb.

Ölkədə zorakılıqların davam etməsinə baxmayaraq seçkilərdə 60 faizə yaxın seçici iştirak edib.
Seçki günü törədilən hücumlarda 20-ə yaxın adam ölüb.

Əfqanıstan prezidenti Hamid Karzai artıq Nawaz Sharifği qələbə münasibətilə təbrik edib.

Bu Pakistanda ilk demokratik seçkidir.
XS
SM
MD
LG