Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:21

Xudat belə çalxalandı


Mayın 9-da Xudatda rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, maşını əzilən sürücü maşından düşməyə macal tapmamış, qarşı maşını idarə edən hərbçi yerə düşüb. Sürücünü söyüb, üstəlik, sürücünün yanında oturmuş yaşlı atasına da bir sillə vurub. Polisdə bitən mübahisə nəticəsində Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, rayon sakini Nüsrət Qarayev rayonda gərginlik yaratmaqda günahlandırılıb. Məhkəmə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin toplantıların təşkili və keçirilməsi qaydasının pozulması maddəsi ilə 10 sutkalıq həbs qərarı çıxarıb.

Bölmələr

Şərhləri göstər

XS
SM
MD
LG