Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:22

Pakistanın keçmiş baş naziri Nawaz Sharif hakimiyyətə gəlir


Nawaz Sharif seçkidən sonra keçirdiyi mətbuat konfransında çıxış edərkən

Nawaz Sharif seçkidən sonra keçirdiyi mətbuat konfransında çıxış edərkən

-
Pakistanın keçmiş baş naziri Nawaz Sharifin yeni hökumət yaradacağı gözlənilir.
Mayın 11-də ölkədə keçirilən parlament seçkisində onun rəhbərlik etdiyi “Pakistan müsəlman liqası” partiyasının qalib gəldiyi bildirilir.
İkinci yerdə keçmiş məşhur kriket oyunçusu İmran Khanın “Təhriki İnsaf” , 3-də isə prezident Asif Ali Zardarinin rəhbərlik etdiyi “Pakistan xalq partiyası”ı gəlir.
Amma ekspertlər hesab edir ki, Nawaz Sharif lazım olan səs çoxluğunu toplaya bilmədiyindən koalisiyaya girməli olacaq.
O Lahorda çıxış edərkən ölkədəki problemləri həll etmək üçün bütün siyasi qüvvələri əməkdaşlığa çağırıb.
Ölkədə zorakılıqların davam etməsinə baxmayaraq seçkilərdə 60 faizə yaxın seçici iştirak edib.
Seçki günü törədilən hücumlarda 20-ə yaxın adam ölüb.
Əfqanıstan prezidenti Hamid Karzai artıq Nawaz Sharifği qələbə münasibətilə təbrik edib.
Nawaz Sharif prezident Asif Ali Zardari və onun mərhum həyat yoldaşı, keçmiş baş nazir Benazir Bhutto ilə yanaşı Pakistanın siyasi elitasının əsas fiqurlarından biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG