Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

Azərbaycan XİN Türkiyədə baş vermiş terror aktını pisləyir


-
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Hatay vilayətində baş vermiş terror aktını qınadığını bildirir. Bu haqda nazirliyin mətbuat katibi Elman Abdullayev «Trend»ə bildirib.O deyib:
«Biz terrorun bütün növlərinə qarşıyıq və terror fəaliyyətini qınayırıq. Qardaş ölkədə baş vermiş terror aktı bizə dərindən təsir edib».
Elman Abdullayevin sözlərinə görə, Azərbaycan terrordan əziyyət çəkmiş bir ölkə kimi Türkiyənin dərdinə şərikdir.
Xarici İşlər Nazirliyi terror aktı nəticəsində həlak olmuşların ailə üzvlərinə və yaxınlarına baş sağlığı verib.

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində bələdiyyə binasının yaxınlığında və şəhərin mərkəzində ardıcıl 4 güclü partlayış baş verib.

Partlayışlar nəticəsində ölənlərin sayının 46 nəfərə çatdığı deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG