Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

Elmlə məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər


Şəmsənddin Hacıyev

Şəmsənddin Hacıyev

-
««Elm haqqında» qanun layihəsində tam yeni müddəalar yer alacaq».

Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev «yap.org.az» saytına deyib.
Komitə sədri bildirib ki, layihədə təhsilin, elmin bütün istiqamətləri əks olunmaqla yanaşı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi də yer alıb. Onun sözlərinə görə, qanun layihəsində motivasiya və elmə həvəsləndirmə əsas istiqamət kimi öz yerini tutub.
«Elmlə məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququ verilməlidir. Ancaq onlar hərbi xidmətdən azad olunmamalıdır. Hər bir azərbaycanlı kişisi vətən qarşısında öz borcunu verməlidir. Bu, mütləqdir. Burada söhbət möhlət hüququndan gedir. Yəni təhsilin fasiləsizliyini təmin etmək üçün möhlət hüququnun verilməsi əhəmiyyətlidir»- deyə, komitə sədri vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG