Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:10

Hosni Mubarakın yeni məhkəməsi başlayıb


 Hosni Mubarak
Hosni Mubarak
Keçmiş Misir prezidenti Hosni Mubarakın yeni məhkəməsi başlayıb.
O 2011-ci ildə hakimiyyətin devrilməsi ilə nəticələnən nümayişlər zamanı kütləvi qətllərdə ittiham olunur.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, məhkəmənin keçirildiyi polis akademiyasının binasını 3 minədək polis və əsgər mühavizə edir.

Mubarak 2012-ci ilin iyununda ömürlük həbsə məhkum edilsə də ali məhkəmə instansiyası bu ilin yanvarında işə yenidən baxılması barədə qərar qəbul etdi.

Mubarakın korrupsiyada ittiham olunan oğullarının işinə də yenidən baxılacaq.

2011-ci ildə 18 günlük nümayişlərdə 840 nəfərin öldürüldüyü bildirilir.
XS
SM
MD
LG