Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:18

Jurnalist Azər Əli 200 manat cərimə olundu [Video]


İmişlidəki aksiyaya görə jurnalist cərimələndi
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

İmişlidəki aksiyaya görə jurnalist cərimələndi

O, örüş problemi ilə əlaqədar bir qrup sakinin İmişli rayon İcra Hakimiyyətinə yürüş cəhdini çəkmək istəyərkən saxlanmışdı

-
AzadlıqRadiosunun «Azadlıq bölgələrdə» layihəsi üzrə əməkdaşı Azər Əli mayın 11-də İmişli rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub.

Jurnalistin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı məhkəmənin qərarından narazıdır:

«Bu, qanunsuz və ədalətsiz bir qərar idi. Cərimə etməklə guya ədalət nümayiş etdirdiklərini göstərmək istəyiblər. Əslində, jurnalistin saxlanması ciddi səhv idi. Biz müdafiə tərəfi olaraq apellyasiya şikayəti verəcəyik».

Azər Əli mayın 10-da örüş problemi ilə əlaqədar bir qrup sakinin İmişli rayon İcra Hakimiyyətinə yürüş cəhdini çəkmək istəyərkən saxlanmışdı.

O, polisin qanuni tələblərinə əməl etməməkdə təqsirləndirilirdi.
XS
SM
MD
LG