Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:52

31 partiya və 71 xarici QHT illik maliyyə hesabatını verməyib


-
Azərbaycanda fəaliyyət göstərən 31 siyasi partiya və 71 xarici qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hələ də təqdim etməyib.

Bunu apa-ya Ədliyyə Nazirliyindən deyiblər.

Nazirlik həmin siyasi partiyaların, xarici təşkilatların adlarını da açıqlayıb.

Onların arasında AXCP, KXCP, Liberal, Vətəndaş Həmrəyliyi partiyalarının adları da var.

Bir müddət əvvəl Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını açıqlaması üçün QHT-lərə və siyasi partiyalara xəbərdarlıq edib.

«Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası» Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib.

Qaydaya əsasən, QHT üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Əks halda İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG