Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:09

Tamerlan Tsarnaev Virciniyadakı müsəlman qəbristanlığında dəfn edilib


Tamerlan Tsarnaev
Tamerlan Tsarnaev
Boston partlayışlarında şübhəli bilinənlərdən biri Tamerlan Tsarnaev Virciniya ştatının Dosuella şəhərindəki müsəlman qəbristanlığında dəfn edilib.
Bu barədə dünən CNN-ə istintaqa yaxın mənbələrdən biri məlumat verib.

Onun dəfni ilə bağlı problem yaranmışdı.
Massaçusets də daxil olmaqla bir sıra ştatlar onun dəfnindən imtina edirdilər.

Aprelin 15-də Bostonda keçirilən marafon yarışında törtədilən 2 partlayışda 3 nəfər ölüb, 260-dan çox adam yaralanıb.

Tamerlan Tsarnaev bu partlayışdan sonra polislə atışma zamanı ölüb.
Onun kiçik qardaşı, digər şübhəli Tzokhar isə hazırda yaralı halda xəstəxanada müalicə olunur.
Ona ömürlük həbs və ya əlüm hökmü kəsilə bilər.
XS
SM
MD
LG