Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:09

«Azərbaycanın ən çox korrupsiyalaşan bölgəsi Bakıdır»


İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli
-
ƏLİ KƏRİMLİ İLƏ İSA QƏMBƏR NƏYİ ANLAMAĞA BAŞLAYIBLAR?

«Azərbaycan» qəzeti yazır ki, «Rüstəm İbrahimbəyovun Milli Şura formalaşdırma ideyası dağıdıcı müxalifət düşərgəsində yeni xaosun əsasını qoyub».

Qəzetə görə, «onlar üzdə bu ideyaya müsbət yanaşdıqlarını göstərsələr də, əslində, nə AXCP, nə də Müsavat bu şuranın yaranmasına tərəfdar deyillər. Digər tərəfdən, görünür, Əli Kərimli ilə İsa Qəmbər Rüstəm İbrahimbəyovun arxasınca getməklə öz nüfuzlarına xələl gətirdiklərini anlamağa başlayıblar».

«REAL»IN VAHİD NAMİZƏD ŞƏRTİ

««REAL» Hərəkatı Milli Şuraya getməyəcək».

Bunu «Bizim yol»a müsahibəsində Hərəkatın Məclis sədri Erkin Qədirli deyib. O, vahid namizədin dəstəkləməyin şərtini də açıqlayıb:

«Biz vahid namizədi dəstəkləyə bilərik, bir şərtlə ki, parlamentli respublikaya keçidi vəd etsin».

Xudatda siyasi fəalların həbsi
Xudatda siyasi fəalların həbsi
BARIT ÇƏLLƏYİ VƏ MÜXALİFƏTÇİLƏR

«Yeni Müsavat» yazır ki, obrazsız, təşbehsiz, şişirtməsiz ölkə barıt çəlləyinə dönüb. Qəzet hər kəsin, müxalifətin də iqtidarında bunun fərqində olduğunu qeyd edir:

«Hakimiyyət adamları yerli müxalifətçiləri üçqat nəzarətə aldıqlarından güman edirlər ki, bu yolla hər cür preventiv tədbirlər görə bilərlər. Hər dəfə hansısa ekstremal hadisə baş verəndə isə, ortaya başqa mənzərə çıxır. Aydın olur ki, yerli müxalifətçilərin ya həmin olaydan tamamilə xəbəri olmayıb, ya da xəbərləri olub, amma qarışmayıblar. Bununla belə, hakimiyyət orqanları ya hamını kənara qoyub onlardan yapışırlar, ya da müxalifətçiləri də işə qatırlar. Xaçmazda baş verən hadisələr zamanı həmin vərdiş bir daha üzə çıxdı».

GEDİŞHAQQI NƏ VAXTA QALDI?

Avtobus
Avtobus
«Azadlıq» qəzeti ictimai nəqliyyatda gedişhaqqının artırılmamasını hökumətin narazılıqlardan qorxması ilə izah edir. Qəzet bu bahalaşmanın seçkidən sonra baş verə biləcəyini qeyd edir:

«Bu il seçki ilidir və hökumətə əlavə başağrısı lazım deyil. Bu baxımdan da məsələni seçkidən sonraya saxlamaq daha məqsədəuyğun hesab edilib».

KORRUPSİYANIN ƏN ÇOX OLDUĞU ŞƏHƏR

«Azərbaycanın daha çox korrupsiyalaşan bölgəsi Bakıdır».

Bunu «Exo»ya İqtisadi və Sosial inkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:

«Ümumilikdə Azərbaycanın bütün regionlarında korrupsiyanın səviyyəsi demək olar ki, eynidir. Amma müqayisə üçün bəzi yerlərdə aşağıdır - misal üçün, İsmayıllı, Şamaxı və Tərtərdə».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG