Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Həbsdəki gənclərdən ikisi azadlığa çıxıb


-
Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terrorun 4-cü ildönümü ilə əlaqədar keçirilən anım tədbirində saxlanmış AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı ilə N!DA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər mayın 10-da axşam saatlarında azadlığa buraxılıb.

Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin həbs müddəti isə 4 gün sonra bitəcək.

Adı çəkilən şəxslər aprelin 30-da saxlanılıb. Onlardan ikisinə 10, birinə - İlkin Rüstəmzadəyə isə 15 sutka həbs verilib.

2009-cu il aprelin 30-da ADNA-da 12 nəfərin ölümü, 13 nəfərin müxtəlif xəsarətlər alması ilə nəticələnən terror hadisəsi baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG