Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:45

«Qış parkı»na ümumilikdə 51 milyon manat pul xərclənib


-
Mayın 10-da Bakının Füzuli və Mirzağa Əliyev küçələri arasındakı «Qış parkı»nın açılışı olub. Mərasimdə prezident İlham Əliyev iştirak edib.
Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında parka, əhalinin köçüçürlməsi ilə birgə 51 milyon manat pul xərcləndiyini deyib.
O, parkın altındakı ikimərtəbəli avtomobil dayanacağının isə iyul ayında istifadəyə veriləcəyini bildirib.
Ötən ildən inşasına başlanan parkın ərazisi 7 hektar sahəni əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG