Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

DİN Xudatda baş verənlər haqda məlumat yayıb


Daxili İşlər Nazirliyi Xudatda vermiş hadisə ilə bağlı mayın 10-da məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 9-da rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub. Hər iki şəxs arasında mübahisə baş verib. Məsələ Xudat polisində araşdırılıb və öz qanuni həllini tapıb.

Ancaq sonradan müxalifət partiyalarının yerli funksionerləri baş vermiş adi yol-nəqliyyat hadisəsini siyasiləşdirməyə, rayonda süni gərginlik və qarşıdurma yaratmağa cəhd göstəriblər. Hadisə yerinə toplaşmış bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq ediblər.

Aksiyaya cəhdin qarşısı alınıb, təşkilatçılardan Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, rayon sakini Nüsrət Qarayev saxlanılıb. Məhkəmə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin toplantıların təşkili və keçirilməsi qaydasının pozulması maddəsi ilə 10 sutkalıq həbs qərarı çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG