Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:36

İmişlidə mal-qara ilə etiraz aksiyasına cəhd olunub


İmişli rayonun bir qrup sakini örüş yerinin əllərindən alınmasına etiraz olaraq mayın 10-da mal-qara ilə birgə rayon icra hakimiyyəti qarşısında aksiya keçirməyə cəhd edib.
Polis icra hakimiyyətinə çatmamış narazıların qarşısını alıb. Bir neçə nəfər saxlanıb.

Saxlananlardan Fərman Zərbəliyevin atası Əlisiyavər Zərbəliyevin Azadlıqradiosuna dediyinə görə, onlar Küdrü deyilən ərazidə onlara məxsus 85 hektar örüş sahəsinin digər “32 kənd” sakinləri tərəfindən zəbt edilməsinə etiraz ediblər.

“İndiyə qədər bununla bağlı şikayətlərimizə baxılmadığından bu gün 150 baş mal-qaranı icra hakimiyyətinin qarşısına aparmağa qərar verdik. Bu barədə “102” xidmətinə də zəng vurub xəbərdar etdik ki, bizə heç kim mane olmasın. İcra hakimiyyətinə az qalmışdıq ki, polislər bizim qabağımızı kəsdi, uşaqların bir neçəsini döyüb apardılar polisə, bizi də geri qaytardılar”.

İmişli polisindən isə deyilənləri təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG