Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:55

Heydər Əliyev gənclərin gözüylə - [Video]


-

Heyder Eliyev

Facebook-dan birbaşa şərh yaz

Ölkədə keçmiş prezident Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd olunur. Elə virtual dünya da bu yubileyə hazırlaşır. Ancaq reallıqdan fərqli olaraq sosial şəbəkələrdə bu yubiley bir rəngli deyil: müxtəlif baxışlar var.
Azadlıq FM-də Heydər Əliyevin doğum gününü gənclərlə müzakirə etmişik:

Cavid Süleymanov:

- Heydər Əliyev Azərbaycan tarixində əvəzolunmaz şəxsiyyətdir.

- Fəxri Xiyabana bu gün toplanan insanların sayı Heydər Əliyevə sevginin göstəricisidir.

- Ulu öndər Azərbaycanı dünyada tanınan bir ölkəyə çevrildi.

- Məhəmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətdir. Lakin Heydər Əliyevin xidmətləri daha genişdir.

- Gənclər üçün hər cür imkan yaradılıb. İdman mərkəzləri tikilir. Gənclər xaricdə təhsil alır, mütəxəssisə çevrilirlər. Qayıtdıqdan sonra işlə təmin edilirlər. Yüksək nəticə göstərən tələbələr prezident təqaüdü alırlar.

- Seçkilərin nəticələri göstərir ki, xalq YAP-ı dəstəkləyir.

- Xaricdə təhsil, prezident təqaüdü gənclərin sosial statusundan asılı deyil.

- Heydər Əliyev Azərbaycanın memarıdır.

Cavanşir Abbasov:

- Azərbaycanın əvəzolunmaz bir şəxsiyyəti, ulu öndəri var: Məhəmməd Əmin Rəsulzadə.

- Heydər Əliyev hakimiyyətə gələndən bu günə qədər Azərbaycan gəncliyində heç bir irəliləyiş mümkün olmayıb. Gənclərin problemləri çoxdur.

- Xaricdə təhsil almaq üçün şərtlər ağırdır. Kasıb təbəqədən gənclər bu təhsili ala bilmirlər.

- Prezident təqaüdü imkanlı şəxslərin övladları alır. Çünki məktəbdəki təhsillə yüksək nəticə əldə etmək mümkün deyil. Bunun üçün xərc çəkib hazırlıqlara getmək lazımdı.

- Torpaqları əldən verən biri necə Azərbaycanın xilaskarı ola bilər?

- Fəxri Xiyabana gələnlərin əksəriyyəti dövlət müəssisələrində çalışanlardır. Sevgilərindən deyil, işlərinin xatirinə bu addımı atırlar.

- Gül bayramı Heydər Əliyevin doğum gününü keçirmək üçün bir bəhanədir. İnsanların diqqətini bu yolla çəkib cəlb edirlər.
XS
SM
MD
LG