Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:42

Kerry: "Moskvanın Dəməşqə raket satması regionda sabitliyə təhlükədir"


 John Kerry
John Kerry
ABŞ Dövlət katibi John Kerry xəbərdarlıq edib ki, Rusiyanın Suriyaya yer-hava tipli raketlər satması regionda sabirliyə potensial təhlükə olacaq.

O belə bir bəyanatla bu gün Romada İtaliya rəsmiləri ilə görüşdən sonra çıxış edib.

The Wall Street Journalın yazdığına görə İsrail Vaşinqtona xəbərdarlıq edib ki, Rusiya Suriyaya raket kompleksləri satmaq fikrindədir.

Suriya uzun illərdir ki, Rusiyanın yaxın müttəfiqlərindən biridir.
XS
SM
MD
LG