Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:32

İran sərhədlərini möhkəmləndirir


Foto arxiv
Foto arxiv
İan qonşu ölkələrlə sərhədlərinə hərbi qüvvələr cəmləşdirir.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Quru Qoşunlarının komandanı, general-mayor Ahmadrza Purdastan bildirib.

O bunun qarşıdan gələn prezident seçkiləri ilə bağlı olduğunu deyir: “Ölkədə prezident seçkiləri yaxınlaşdığına görə, İranın ərazi bütövlüyünün mümkün təhlükələrdən qorunması zəruridir. Ordunun da əsas missiyalarından biri sərhədlərdə təhlükəsizlik tədbirlərini artırmaqdır”.

İranda növbəti prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.
XS
SM
MD
LG