Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:21

Xudatda avtomobil qəzası hərbçilərlə mübahisə ilə bitdi


Xudatda polis şöbəsinin qarşısı
Xudatda polis şöbəsinin qarşısı
-
«Qəzanı törədən maşın Xudatdakı sərhəd dəstəsinin komandirinindir. Onu həmişə görürük. İçərisində bir ailənin üzvləri olan «VAZ-04» markalı avtomobili vurandan sonra onlara kömək etmək əvəzinə sürücünü döyməyə başladılar. Hərbçilər sərxoş idilər».

Mayın 9-da günorta saatlarında Xaçmazın Xudat şəhərinin bir qrup sakini şəhər polis şöbəsinin qarşısına toplaşıblar. Onlar qəza törədən və zərər yetirdikləri avtomobilin sahibini təhqir edən hərbçilərin cəzalandırılmasını istəyiblər. Nüsrət adlı sakin hadisənin şahidi olduğunu deyir:

«Məsələyə qarışıb onları ayırmaq istəyəndə, hərbçilər bizi də söydülər. Sonra da maşına minib uzaqlaşdılar. Tələb edirik ki, hərbçilər qanunla cəzalandırılsın».

Hərbçilər tərəfindən döyüldüyü iddia olunan sürücü Rafiq Hüseynovun oğlu Rauf Hüseynov AzadlıqRadiosuna bunları deyib:
Vurulan maşın
Vurulan maşın

«Biz maşında idik. Hərbçilərin maşını bizim maşını vurdu. Maşınımızda üç azyaşlı da vardı. Qarşı maşından hərbi hissənin komandiri düşdü, atamı yumruqla vurdu, bizi də küçə söyüşləri ilə təhqir etdi. Komandir sərxoş idi».

Şahidlər qəza törədən avtomobili hərbi hissə komandirinin idarə etdiyini bildirsələr də, polislər bunu təkzib edib. Xudat şəhər Polis Şöbəsinin rəisi Elçin Rəcəbov AzadlıqRadiosuna şikayətçilərdən izahat alındığını və faktla bağlı araşdırmaların bitmədiyini söyləyib. O, əraziyə toplaşan sakinlərə söz verib ki, kimliyindən və vəzifəsindən asılı olmayaraq hadisəni törədənlər cəzalandırılacaqlar. Rəisin bu vədindən sonra sakinlər dağılışıblar.

Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev hadisəni yerində araşdırmaq üçün Xudatda olub.
XS
SM
MD
LG