Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42
-

İranın Ali Dini Lideri Ayatollah Ali Khamenei ölkənin növbəti prezidentinin kimliyini də müəyyən edəcək gücə sahibdir. Amma bir çox şərhçilərin fikrincə, problem ondadır ki, onun görmək istədiyi özəlliklərə malik namizədi İranda tapmaq asan deyil.

Khamenei necə namizəd istəyir?

Aprelin 27-də fəhlələrlə görüşdə o deyib ki, yeni prezident düşmənlərimizin təzyiqlərindən qorxmamalıdır. Mayın 6-da əlavə edib ki, prezident xalqın içindən çıxmış, çalışqan, eyni zamanda müdrik və nüfuzlu olmalıdır.

Şərhçilər əlavə edir ki, Khameneinin bəyənməsi üçün yeni namizəd həm dini liderə və İslam inqilabı ideyalarına sadiq olmalı, onun kimi, Qərbə və ABŞ-a güvənməməlidir. Üstəlik, yeni prezidentin həm də yetərincə praqmatik və yaxşı idarəçi olması da vacibdir ki, beynəlxalq sanksiyalar üzündən ölkədə yaranan iqtisadi böhranı həll edə bilsin.

Khamenei özü də bir neçə dəfə işarə edib ki, ölkənin neft gəlirlərindən asılılığını azaltmaq üçün güclü iqtisadiyyat qurmağa ehtiyac var.

Ancaq Khamenei haqda kitab da yazan Carnegie fondundan Karim Sadjadpour deyir ki, bu çox qəliz məsələdir. Çünki yeni prezidentin həm əl öpən, həm də yaxşı menecer və populyar olmasını gözləmək sadəlövhlükdür.

Stanford Universitetinin İran araşdırmaları proqramının direktoru Abbas Milani də bu fikirləri bölüşür:


2005-ci ildə Khamenei adamını tapmışdı

İndi ironik də görünsə, 2005-ci ildə Ayətollah bütün bu xüsusiyyətlərə malik namizəd kimi yekunda Mahmud Ahmedinejatı seçmişdi və bu üzdən 2 dəfə ard-arda seçkidən Ahmedinejat qalib çıxdı. 2009-cu ildə Khamenei özü də bunu etiraf eləmişdi ki, Ahmedinejat ona Rafsanjanidən daha yaxındır.

Ancaq bir müddətdir ki, artıq indiki prezident Ayətollahın başına bəla olmağa başlayıb. Ahmedinejat öz köməkçisi Esfandiar Rahim Mashaeini prezident görməık istəyir və onu dəstəkləyir. Mashaei isə Khameneiyə qarşı fəaliyyətinə görə dəfələrlə tənqid olunan şəxsdir.

Odur ki, indi Khamenei açıqca bəyan edir ki, yeni prezident əvvəlkinin bütün yaxşı tərəflərinə malik olmalı, amma zəif tərəflərindən xali olmalıdır. Martdakı çıxışında Khemeni əlavə edib ki, yeni prezidentin problem yaratmaması və böş sözlər verməməsini tərcih edərdi.

Khamenei Üləmalar Şurasının rəhbəri kimi gerçəkdən də qeydiyyata düşən namizədlərin hansının seçkiyə buraxılıb-buraxılmamasına qərar verə bilər. Odur ki, şəhrçilər Ahmedinejatın dəstəklədiyi namizədlərdən heç birinin bu seçkidə şansı olmadığını düşünürlər. Ancaq ekspertlər əlavə edir ki, dini liderə sadiq olan mühavizəkarlar arasında da Khameneinin bəyənə biləcəyi namizədi tapmaq asan deyil.

Şərhləri göstər

XS
SM
MD
LG