Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:54

Hüquq müdafiəçiləri etiraz olaraq saçlarını qırxdırdılar


Qurban Məmmədov

Qurban Məmmədov

-
Hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə vəkil Qurban Məmmədov mayın 9-da saçlarını qırxdırıblar. Onlar belə bir addımı həbsdə olan 3 gənc fəalın saçının məcburi qırxdırılmasına etiraz olaraq atdıqlarını bildiriblər.

Qurban Məmmədov öz «Facebook» səhifəsində paylaşdığı şəkilin üstünə «biz də saçı qırxılmışlardanıq» yazıb.

O, AzadlıqRadiosuna müsahibəsində Vidadi İsgəndərli ilə birgə atdıqlarını addımı belə izah edib:

«Aprelin 30-da Neft Akademiyasında baş verən terror hadisəsinin 4 illiyi ilə bağlı tədbirdə iştirak edən gənclərdən 3 nəfərinə 10 günlük həbs veriblər. 3 gün əvvəl də eşitdik ki, onların saçını məcburi qırxıblar. Vidadi İsgəndərli ilə saçımızı qırxdırdıq ki, qoy, o gənclər azadlığa çıxanda, özlərini tək hesab etməsinlər. Qoy, Azərbaycan gəncliyi də görsün ki, bu da bir etiraz aksiyadır. Dünya görsün ki, bu rejimə qarşı nə qədər başıqırxıq var».

Aprelin 30-da bir qrup gənc Dövlət Neft Akademiyasında 13 nəfərin ölümü ilə nəticələnən terror hadisəsinin 4-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirməyə cəhd edib. Polis tədbirin qarşısını alıb. «NİDA» üzvləri Turqut Qəmbər, İlkin Rüstəmzadə və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı həbs edilib. Nəsimi rayon Məhkəməsi onların barəsində 10 günlük həbs qərarı çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG