Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:15

Sara Selcan. Rəsmimi çəkən oğlan


Sara Selcan
Sara Selcan
-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçən yazarları "Oxu zalı"nda daha geniş təqdim edirik.


Sara Selcan


ŞEİRLƏR


***


Rəsmimi çəkən oğlan,
Qəlbimdəki ümidi tünd elə,
Çarəsizliyi acıq,
Gözlərimə kədər qat azacıq.
Ovunmadığım ağrıları
Bütün rənglərin qarışığından çək-
Qırıq-qırıq.
Adını deyimmi onların?
-Qəzəb və hıçqırıq.
Qalın elə
ovuclarımdakı inamı
Yapışıb dura bilim.
Mən daşlı yollardan keçib gəldim,
Önümdəki yolları kəsəksiz çək,
Ayağımı yalın elə.
Su bəyazlığı qat çohrəmə
Yuyunub durula bilim.
Saçlarımın ucundan
Dabanımacan
Nəfəsimi çək.
Çək, çək, səsimi çək,
Çatırsa haracan.
Rəsmimi çəkən oğlan,

misra-misra damcılayan
ömrümü çək.


***


Yaxınındakı uzaqları dərd etmə,
Dərd etmə uzaqdakı yaxınları,
Günəşin aşıb getdiyi üfüqün
o üzündə qalanları.
Qəddar ayrılığın
Soyuq nəfəsindən don tutan istəklər
Əriyib içində
damcılayır sətir-sətir.
Mən bilirəm
Ömrünün rəngləri qarışıq,
Qızılı deyilsən payız kimi,
Nə bahar yaşılını gətirir,
Ayırd etmək çətindi.
Umudun qalmıyıb bir qaşıq
Ovunmaq asan deyil sənə, bilirəm,
İndi olüm də sənə çətindi,
Nə yoxluq deyilsən,
Nə varlığına çatır gücün.
Yaxınındakı uzaqları dərd etmə,
Dərd etmə uzaqdakı yaxınları,
Düzənlik azadlığında
Bürü ürəyini
yovşan qoxusuna
Təsəlli üçün.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG