Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:52
-

Türkiyədən bu müraciəti Elif Şafak, Rusiyadan iki yazıçı – Andrey Bitov və Viktor Yerofeyev imzalayıb.


Dünyanın 100-dən çox yazıçı və mədəniyyət xadimi Çin rəhbərliyinə məktub ünvanlayaraq ölkədə söz azadlığının müdafiəsinə qalxıb.

Məktubun mətni «PEN International»in saytında yayımlanıb.

Müraciəti imzalayanlar arasında Héctor Abad, Edward Albee, Anthony Appiah, Antón Arrufat, Margaret Atwood, Paul Auster, Margaret Atwood, Andrei Bitov, JM Coetzee, Don DeLillo, Kiran Desai, EL Doctorow, Victor Erofeev, Nuruddin Farah, Juan Gelman, Nadine Gordimer, Juan Goytisolo, Alberto Manguel, Ian McEwan, Michael Ondaatje, Salman Rushdie, John Ralston Saul, Elif Shafak, Sjón, Wole Soyinka, Colin Thubron, Colm Tóibín, Tomas Tranströmer, Luisa Valenzuela, Mario Vargas Llosa, Marina Warner və A.B. Yehoshua var.

Türkiyədən bu müraciəti Elif Şafak, Rusiyadan iki yazıçı – Andrey Bitov və Viktor Yerofeyev imzalayıb.

Müraciətdə Çin hökumətindən insan haqları müdafiəçisi, Nobel mükafatçısı Liu Xiaobo-nun və həbsdə olan başqa fəalların azad edilməsi tələb olunur.

Çinlə digər ölkələrin qarşılıqlı mədəni əlaqələrinin genişlənməsini alqışlayan yazıçılar ötən il həmkarları Mo Yan-ın Nobel Mükafatı almasını da xoş əlamət sayıblar. Axı bu yazıçının adı Çin Kommunist Partiyasını mədh edənlər sırasında da gedir və məhz Çindəki dissidentlər belə düşünürlər.

Müraciəti imzalayanlar vurğulayıblar ki, «Bir bölüm müəllifin təzə səsləri ağzı zorla yumulanların danışması demək deyil».

Məktubun sonunda deyilir:

«Çin liderlərindən adi tələbimiz var: Həmkarlarımızın və sadə Çin vətəndaşlarının özünüifadə azadlığına sayğı göstərin və onların hüquqlarını qoruyun! Bu hüquqlardan istifadə cəhdinə görə tutulanları azadlığa buraxın!».

Müraciət Çində insan haqlarının vəziyyəti barədə 64 səhifəlik hesabatla birgə açıqlanıb. Hesabat müəllifləri Çin rəhbərliyini yazıçıları, jurnalistləri və bloqqerləri azad etməyə və ən müxtəlif səviyyələrdəki senzuraya son verməyə çağırıb.

Hesabata 10 Çin dissident yazıçısının essesi də əlavə olunub.

«PEN International» peşəkar yazıçı və jurnalistləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG