Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:21
-


Mayın 10-u və 11-də İstanbulda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı və Biznes Forumu işə başlayır.

Azərbaycanı da toplantılarda İqtisadi İnkişaf nazirinin müavini Sahib Bababyev təmsil edir.

İstanbulda həmçinin AYİB-in idarə heyətinin toplantısı keçiriləcək.

Biznes Forumda isə enerji təhlükəsizliyi, Avropa və Xəzər regionu arasında körpülər mövzusunda müzakirələr aparılacaq. Məruzəçilər arasında Şahdəniz layihəsinin vitse-prezidenti, BP-nin nümayəndəsi Al Cook və Nabucco Gas Pipeline şirkətinin icraçı direktoru Reinhard Mitschek də var.

2001-ci ildən indiyə qədər AYİB Azərbaycanda 117 infrastruktur layihəsinə 1.6 milyard dollarlıq maliyyə dəstəyi verib. Onların arasında Qaradağ sement zavodunun yenidən qurulması, magistral yolların çəkilməsi, kiçik biznesin genişləndirilməsi kimi layihələr də var.

Bank Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması və qanunvericilik bazasının müasir tələblərə çatdırılması istiqamətində də işlər aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG