Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:18

Bakıda yağış gözlənilir



Mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Mayın 10-da hava şəraitinin ölkənin əksər rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG