Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:21
-

SİYAHIDA NEFT ŞİRKƏTİNİN SÖKƏCƏYİ 22 MİN EV VAR

«Bizim yol» qəzeti neft şirkətinin kütləvi söküntülərə hazırlaşdığını yazır. Qəzetə görə, siyahıda 22 mindən çox ev var.

«Artıq 15 min evlə bağlı sənədlər məhkəmələrə təqdim edilib. Bir çox evin sökülməsi ilə bağlı qərarlar çıxarılıb». Qəzet bu arada Neft Şirkətinin Hüquq İdarəsinin rəisi Eldar Orucovun bir müddət əvvəl dediklərini xatırladır: «Bir çox evin sökülməsi ilə bağlı qərarlar çıxarılıb. Amma biz heç kimin evsiz qalmasını istəmirik və evlərin sökülməsi barədə məhkəmə qərarı olsa da, bu işi həyata keçirmirik».

2013-CÜ İLİN NEFT PULLARI 2011-DƏ XƏRCLƏNİB

«Dövlət Neft Fondu da ofşor zonada şirkət açıb». «Yeni Müsavat»ın yazdığına görə, bunu iqtisadçı Qubad İbadoğlu mayın 8-də açıqladığı hesabatında yazıb.

İqtisadçıya görə, «hesablamalar göstərir ki, Dövlət Neft Fondu 2018-ci ilin vəsaitini xərcləyir. 2013-cü ilin vəsaiti isə 2011-ci ildə xərclənib....Xərcləmələr bu surətlə davam etsə, əldə olunan neft-qaz gəlirləri növbəti 10 ilə tükənə bilər».

«ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV MÜASİR VERGİ XİDMƏTİNİN YARADICISIDIR»

«Ümummilli lider Heydər Əliyev müasir vergi xidmətinin yaradıcısıdır». Bunu «Azərbaycan» qəzetində Heydər Əliyevin 90 illiyinə həsr etdiyi məqaləsində Vergilər naziri Fazil Məmmədov yazıb: «Ulu öndər «Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik» deməklə, vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib qolu olduğunu, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində vergi siyasətinin aparıcı rolunu müəyyən etmişdi».

AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDA VERGİ FƏRQLƏRİ

«Ölkədə heç bir iqtisadi model yoxdur. Dövlət xaotik vəziyyətdə idarə olunur». Bunu «Azadlıq» qəzetinə müsahibəsinə «Xalq» qəzetinin sabiq baş redaktoru Mahal İsmayıloğlu deyib. Sabiq baş redaktor hakimiyyət daxilində dərin ziddiyyətlər olduğunu və bu ziddiyyətləri də ölkənin fərsiz idarəçiliyilə bağlayır:

«Faciədir ki, 4,5 milyon əhalisi olan Gürcüstanın dövlət büdcəsi 11 milyarddır və büdcə yalnız vergidən yığım hesabına formalaşır. Amma 9 milyon əhalisi olan Azərbaycanda o qədər vergi yığılmır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG