Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:30
-

Mayın 9-u Sovet ordusu və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsindən 68 il keçir.

Bu gün prezident İlham Əliyev və xanımı Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında saziş imzalayıb.

1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft yanacağı göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90%-ni ödəyib.

Mayın 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG