Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05
-
Sədəf Aliverdi 1 ildən artıqdır ki, düymə yığır. Elə belə yox, müxtəlif rəngdə, müxtəlif formada, cürbəcür stillərdə düymələri var.

«Flashmob» verilişinə qonaq olan kolleksionerlər - Sədəf Aliverdi, Kamran Nəcəfov, Emil Bağırov və Safura Məlikova həvəs göstərdiyi əşyalardan danışıblar.

6 ildir pul toplayan Emil Bağırov bu işə əvvəlcə evlərində olan sovet dövrünün əşyalarını yığmaqla başlayıb:

«Partiya biletləri, qəpiklər, həmin dövrə aid kağızlar yığırdım. Sonra üstündə Leninin şəkli olan qəpiklər daha maraqlı gəldi. Sonra başladım sovet pullarını yığmağa. Sonra keçdim kağız pullara. Getdikcə sayı artdı. İndi əlimdə olan ən qədim pul 1905-ci, ikinci ən qədim olan isə 1909-cu ilə aiddir. Bir də Sovet dövrünə aid – 37-ci ilin çervonu varımdır. Qədim olanları Gəncədə bir nəfərdən pulla almışdım».

Emilin dediyinə görə, pulları müxtəlif yollarla yığır. Həm özü, həm dostları getdikləri ölkələrdən onunçün o ölkələrin pul vahidlərini gətirirlər.

Val

Val

«PULUN ÖNƏMI YOXDUR»

Kamran Nəcəfov bir neçə profildə kolleksiya yığdığını deyir. Bura köhnə kitablar və vallar daxildir:

«2007-ci ildə bir yerdə işləyirdim, bir cazmen vardı, onun evində 2 otağın divarı val və disklərlə dolu idi. Sonradan fikirləşdim ki, niyə məndə olmasın? Başladım sifarişlər verməyə. 46 valım var. Çoxları da Belçikadan, Fransadan, Hollandiyadan gəlmədir, çünki bu val satanların çoxu köhnə kolleksionerlərdir və əsasən, o ölkələrdə cəmləşiblər. Təxminən 20-yə yaxını türkcə mahnılardır, aralarında Elvis Presley, «Beatles», «Pink Floyd», «Love» qrupu, Toto Cutugno, Adriano Celentano da var».

Kamran hazırda «Pink Floyd»un «The wall» diskini sifariş edib, qiyməti də nə az, nə çox 159 manatdır: Düymələr

Düymələr


«Həvəs olandan sonra pulun önəmi yoxdur. Pul bu gün var, sabah yoxdur, amma o, həmişə olacaq».

«SƏBRİMİ YOXLAYIRAM»

Sədəf Aliverdi deyir ki, düymələrini dəqiq saymasa da, təxmini 100-dən çoxdur. Deyir elə əvvəldən köynək, şalvarda maraqlı düymə görəndə, xoşu gəlirmiş. İndi düymələri həm hədiyyə edirlər, həm də xoşuna gələni olanda alır.
Saqqız kağızları

Saqqız kağızları


Safura Məlikova isə saqqız kağızı yığır, əvvəllər yığılan şəkillilərdən yox ha, 12 dənəli saqqızların kağızlarını:

«Dostlarım da bilir ki, yığıram. Səliqəli açırlar ki, mənə versinlər. Maraqlı gəlir. Çox adamın səbri çatmır ki, içərisində olan 12 saqqızı çeynəyənə qədər səliqəli qalsın. Bununla, elə bil, özümçün səbrimi yoxlayıram, xüsusi məqsədim yoxdur».

Verilişi tam olaraq burdan dinlə:

XS
SM
MD
LG