Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08
Böyük Britaniyada müəmmalı şəkildə ölən rusiyalı iş adamı Boris Berezovsky bu gün Surrey qraflığındakı Brukvud qəbristanlığında dəfn edilib.

Berezovski martın 23-də London ətrafında yerləşən Askot qəsəbəsindəki evində ölü tapılıb.
İstintaq onun boğulmadan öldüyünü deyir.

Dəfnin vaxtı və yeri bir neçə dəfə təxirə salınmışdı.
Hətta o mayın 8-i səhər dəfn ediləndə belə mərasimin yeri gizli saxlanılıb.
Kürəkəni Egor Shuppenin sözlərinə görə, bunu mərhumun qızı belə istəyib.
O xüsusilə Rusiya mətbuat nümayəndələrinin mərasimdə iştirakına qarşı olub.

Buna görə təhlükəsizlik tədbirləri gücləndirilib, mərasimdə yalnız onun ailə üzvlərinin istədiyi adamlar iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG