Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:29
-
«Manchester United» klubunun baş məşqçisi, «dünya futbolunun əfasanəsi» adlandırılan Sir Alex Ferguson futbolu tərk edir.

O bunu səhhətindəki problemlərlə izah edib.

Əməliyyat olunacaq Ferguson daha sonra futbola qayıtmağı düşünmür. O karyerasına mayın 19-da «Manchester United» «West Bromwich Albion» qarşılaşması ilə son vuracaq. Bu Fergusonun klubda olduğu müddətdə komandanın 1500-cü qarşılaşma olacaq.
Ferguson «Manchester United»ə 27 il məşqçilik edib.

1986-cı ildə, 45 yaşında bu klubda işə başlayan Ferguson tarixi uğurlara imza atıb.
Düzdür, bu birdən-birə baş verməyib. İlk 3 ildə uğursuzluqlarla yadda qalıb. Hətta onun istefası da istənib. Amma 1990-cı ildə ilk zəfərə imza atmaqla tilsimi qıraraq, o FA Kubokunu qazanıb.
Növbəti mövsümdə «Manchestr United» futbol nəhəngi sayılan «Barcelona»nı finalda məğlub edib. Bununla da Avropa Kubokunu qazanıb.
1993-cü ildə isə «Manchester United» 26 il sonra liqa çempionu olub. Klubuna böyük uğurlar qazandıran Ferguson 1999-cu ildə «Sir» tituluna layiq görülüb.

27 il «Qırmızı Şeytanlar»a məşqçilik edən bu şəxs klubuna 13 Premiyer liqa, 2 Çempionlar liqa, 1 UEFA Kuboku, 1 Avropa Super kuboku, 1 Qitələrarası kubok, 1 Klublar Dünya kuboku, 4 İngiltərə kuboku ve 9 Charity Shield zəfəri qazandırıb.
Jose Mourinho

Jose Mourinho

JOSE M​OURİNHO DA GEDİR?

Bu günlər dünya mediyası daha bir «yaşayan əfsanə «Real»nın məşqçisi Jose Mourinhonun da klubunu tərk edəcəyindən yazır. Onun isə futbolu hələki, tərk etmək fikri yoxdur. Joze Maurinionun «Chelsea »yə qayıdacağı haqda ehtimallar səslənir.

İngiltərə mətbuatısa yazır ki, Chelsea baş məşqiçisi Rafael Benitez keçirdiyi mətbuat konfransında Real Madrid baş məşqiçisi Jose Mourinho ətrafında gəzən söhbətdən danışıb.
Rafael Benitez üstüörtülü deyib ki, gələn il kluba yeni menecer gələcək: «Yəqin bilirsiz mən kimi nəzərdə tuturam».
Mətbuat konfransında jurnalistlərin dərhal «siz Mourinhonu nəzərdə tutursuz?» sualına «Mən qarşıdakı sezon burda nə baş verəcəyini bilmirəm. Əsas məqsədim işimi yerinə yetirməkdir».
Maurinionun klubu bu mövsüm Çempionlar Liqasının yarımfinaldaca məğlub olub.

İspaniya çemponatının qalibi titulu isə bu il «Barselona»ya qismət olmaq üzrədir.

Joze Maurinio «Porto»nu, «İnter»i çalışdırarkən Çempionlar Liqasını, «Çelsi»ni çalışdırarkən isə İngiltərə Primer Liqasını qazanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG