Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Bakıda maşınların hərəkəti məhdudlaşdırılır [FOTO]


Bakıda gül bayramına hazırlıq

Bakıda gül bayramına hazırlıq

Mayın 10-da Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Məlumata görə, Heydər Əliyevin 90 illik yubiley mərasiminin keçirilməsi məqsədi ilə sabah saat 07.30 dan M. Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən, Mehdi Hüseyn küçəsi 1 ünvanından, yəni Teleteatr binasının yanından Parlament prospekti ilə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Həmçinin Şəmsi Bədəlbəyli küçəsinin Bülbül və Rəşid Behbudov küçələri ilə kəsişməsinə qədər olan istiqamətdə avtomobillərin hərəkətinə tədbir bitənə qədər tam məhdudiyyət qoyulacaq.

V. Əsədov Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək «Gül bayramına» gələn şəhər sakinlərin və qonaqların nəzərinə çatdırıb ki, tədbirə giriş Mili Konservatoriyanın inzibati binasının qarşından olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG