Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:45

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 07.05.2013

NAXÇIVANDA SOSİAL QAYĞIYA EHTİYACI OLAN VƏTƏNDAŞLARA MİNİK AVTOMOBİLLƏRİ TƏQDİM OLUNMUŞDUR

Hər bir ölkənin sosial siyasətinin əsasında vətəndaşlara göstərilən qayğı dayanır», deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün Azərbaycanda insanlara qayğı həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Vətən yolunda sağlamlığını itirmiş şəxslərə dövlət qayğısının artırılması da mühüm əhəmiyyət kəsb edir. Çünki torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş şəxslər, müharibə veteranları digər vətəndaşlarımıza, xüsusən də gənclərimizə nümunədir. İstər Böyük Vətən müharibəsində və Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, istərsə də müstəqillik qazandıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində sağlamlığını itirmiş şəxslər, ümumilikdə, ölkəmizi qorumuş, bu yolda öz sağlamlıqlarını qurban vermişlər. Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikada bu kateqoriyadan olan insanlara yüksək dövlət qayğısı göstərilir. Bütün bunlar isə ulu öndərimiz tərəfindən əsası qoyulan sosial siyasət xəttinin bəhrələridir.

Ali Məclisin Sədri demişdir: «Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilən siyasi xətt ölkəmizi yeni inkişaf mərhələsinə çıxarmış, Azərbaycanın hərtərəfli inkişafını təmin etmişdir. Bu gün ölkəmizdə xalq-dövlət birliyi mövcuddur. Bu birlik də Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasında, insanların rifah halının daha da yaxşılaşdırılmasında başlıca hərəkətverici qüvvədir».

Ali Məclisin Sədri təqdimat mərasiminin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və 9 May Qələbə bayramı ərəfəsində keçirildiyini bildirmiş, bu münasibətlə bütün veteranları təbrik etmişdir.

Avtomobillərin açarlarını təqdim edən Ali Məclisin Sədri yeni avtomobillərlə təmin olunanlara firavan həyat və xoş günlər arzulamışdır.

«NAXÇIVAN KUBOKU» UĞRUNDA BEYNƏLXALQ TURNİRİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR

Mayın 4-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında «Naxçıvan kuboku» uğrunda Beynəlxalq Turnirin açılış mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə «Naxçıvan kuboku» uğrunda Beynəlxalq Turnirə start verilməsi münasibətilə iştirakçıları salamlamış, idmançılara uğurlar arzulayaraq demişdir: «Azərbaycanda tarixən qədim idman növü olan güləşə böyük maraq olmuşdur. Bu idman növünün elementləri Qobustan qayaüstü rəsmlərində və digər ədəbi-tarixi mənbələrdə öz əksini tapmışdır. Azərbaycanda qədim dövrlərdən populyar idman növü olan güləşin müasir şəraitdə inkişafını yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: «Azərbaycanda güləş milli və ən məşhur idman növüdür. Bütün dövrlərdə bizim çox məşhur güləşçilərimiz olmuşdur».

Şərhləri göstər

XS
SM
MD
LG