Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:49
Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində metropoliten yaradılması planlaşdırılır. Məlumatı Bakı Metropolitenin rəhbəri Tağı Əhmədova istinadla qurumun rəsmi saytı yayıb.

Tağı Əhmədovun sözlərinə görə, gələcəkdə Bakı şəhərinin qəsəbələri, bundan başqa Sumqayıt, Gəncə və Naxçıvan sakinlərinin metrodan istifadəsi üçün lazımi tədbirlər planlaşdırılır.

O yada salıb ki, indi Bakı Metropoliteni 20 illik inkişaf proqramı həyata keçirir. Bu plana görə, Bakı Metropoliteni 119 km-dən artıq tunelləri əhatə edən 76 stansiyadan ibarət olacaq.

Tağı Əhmədovun sözlərinə görə, proqram çərçivəsində 2014-cü ilin mayında iki metro stansiya, 2016-cı ildə isə 6 stansiya istifadəyə veriləcək.
XS
SM
MD
LG