Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:07
Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, mayın 7-də gecə saatlarında şəhər sakini, 20 yaşlı Nilufər Aqşin qızı Məhərrəmova özünü yaşadığı binanın 6-cı mərtəbəsindən atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Gənc qızın nə səbəbdən intihar etməsi istintaqa məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qız gənc fəal olub. O, həm də bloqqer olub və bloqqer kimi son yazısı aprelin 14-də dərc olunub. Nilufər Məhərrəmova öz bloqunda «Sivil demokratik və hüquqi dövlət uğrunda» adlı məqaləsini paylaşıb. Onun Facebook-dakı dostları bundan sonra gənc qıza təzyiqlər başladığını, hətta, polis əməkdaşları tərəfindən döyüldüyü haqda iddialar səsləndirirlər.
XS
SM
MD
LG