Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Sürücülük vəsiqəsinin itirilməsinə görə cərimənin ləğvi qüvvəyə mindi


Prezident İlham Əliyev «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanunu təsdiq edib.

Trend-in məlumatına görə, dəyişikliklərin qüvvəyə minməsi ilə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib.

Əvvəllər qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.
XS
SM
MD
LG