Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:10

Seçilən, yoxsa yaxın məktəb? - [Video]


-
Facebook-dan birbaşa şərh yaz


Yeni tədris ilindən orta məktəblərə qəbul qaydaları tam fərqli şəkildə aparıla bilər. Təklif olunur ki, orta məktəblərə şagirdlərin qəbulu yaşadığı ərazi üzrə keçirilsin. Yəni orta məktəblərə ilk növbədə, məktəbə yaxın ərazilərdə yaşayan şagirdlər qəbul edilsin.

Bu təklif sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Birinci sinif şagirdi hansı məktəbə getsin? Seçdiyi, yoxsa yaşadığı yerə yaxın olan məktəbə?

Erkin Qədirli:
- Təhsil sahəsin Azərbaycan cəmiyyətində ən ağrılı sahədir. Bu sahə əhalinin böyük hissəsini özünə bağlayır. Təhsillə bağlı yenilik, islahat prosesi təəccüb doğurmamalıdır. Azərbaycanda təhsillə bağlı ictimai müzakirələr yoxdur. Bu barədə çox az danışılır...
- Təhsil sistemi çöküb. Yeni təhsil naziri ilk öncə bunu etiraf etməlidir.
- Vətəndaşın seçimini məhdudlaşdıran bütün qərar kökündən yalnışdır.
- Təhsil Nazirinin ilk radikal qərarı müəllimlərin seçkilərdə iştirakını dayandırmalıdır.
80 NƏFƏRİ MƏHKƏMƏYƏ VERƏN TOY SAHİBİ

Facebookda vəkil Anar Qasımlının yazdığı status müxtəlif saytlarda xəbərə çevrilib. Statusda etdiyi toya gəlmədiyinə görə, bir nəfərin 80 nəfəri məhkəməyə verməsi yazılıb.

Toyu borc saymaq olarmı? Sosial şəbəkədə yazılan bu məlumat niyə xəbərə çevrildi? Xəbərdə sosial şəbəkəyə istinad olarmı?

Yazıçı-kulturoloq Aydın Xan:


- Azərbaycan toyu öz ənənəsindən çıxıb. Artıq toylar biznes marağına çevrilib.

- Azərbaycan toyları bərbad vəziyyətdədir. Yerli toyların keçirilməsi üçün qonşu ölkələrdə olan sadə nümunələrdən istifadə edilməlidir.

- Toy Azərbaycan mədəniyyətinin, dünya görüşünün önəmli hissəsidir.

- Toylarda ictimai, siyasi, mədəni polemikalar gedir.

FACEBOOK-da MÜZAKİRƏ ET, YOUTUBE-də İZLƏ

Şərhləri göstər

XS
SM
MD
LG