Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:30

“Human Rights Watch” Bakıdakı söküntünü dayandırmağa çağırır


-

“Human Rights Watch” təşkilatı mayın 6-da verdiyi bəyanatda Azərbaycan hökumətini Bakının mərkəzindəki kütləvi söküntünü və sakinlərin məcburən evlərindən çıxarılmasını dərhal dayandırmağa çağırıb.

Təşkilat evdən çıxarılanlara ədalətlə kompensasiya verilməsini də tələb edib. Bildirib ki, “Qış bulvarı”nın açılması heç də evindən zorla çıxarılanlar üçün bayram deyil.

Təşkilat narahatlıqla qeyd edir ki, evindən çıxarılanların bəziləri çətin vəziyyətə salınıblar. Hətta xəbərdarlıq edilmədən gecə evindən çıxarılanlar olub. Hakimiyyət orqanları söküləcək evlərin bəzən işığını-qazını da kəsib ki, sakinlər məcbur olub evlərindən çıxsınlar. “Qış bulvarı” tikiləcək yerdə sökülmüş binaların brində yaşamış Şəhla adlı qadın “Human Rights Watch”a deyib ki, mənzilinin hər kvadrat metrinə 1500 manat verilib, halbuki bazar qiymətləri ilə bu 2500 manat olmalı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG