Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:47
-

Arazın o tayından


Əfrasiyab Nurullahi


SƏNƏ "QARA BAXT" DEDİLƏR


Ərmənistan işğal etdiyi torpaqları İran əşayirlərinə ködəyə (icarəyə) verib. Iranin Şərqi Azərbaycan iyalətinin "cəhade əşayiri" nəhadının baş müdürü on beş gün bundan öncə apardığı iclasda, iyalətin hər yanından dəvət olunmuş müdürlərindən Qarabağa qoyun sürülərinin yollanmağını istəyib. Müdürlərdən imtina edənlər olub. Əşayirlərdən də imtina edənlər var. Ancaq Azərbaycan dövləti tərəfindən hansısa bir etiraz olunmasa, bəlkə əşayirləri qara qorxuyla, bu yayı, sürülərini adlatmağa razı etdilər.

Hələ on bir il bundan öncə yazdığım bu şeirdi bu…


“Sənə Qarabağ dedilər
Bəlkə qara bax dedilər
Dağlarında yaylayan qarına görə.”*
Bəlkə də qara baxt dedilər
Tükənməyən sərvətinə, varına görə,
Həməşə zülal yetirən torpaqlarına görə
Sənə qara baxt dedilər!
Qanını sormaqdan bir kərə də doymayan,
Dağlarında ulayan beş on harına görə.
Son baharına görə!
Xocalı faciənə, yanvarına görə.
Bəli,
Sənə qara baxt dedilər,
Şikəstinə görə,
Bu beş-on ildə,
Zili üzdən zilləşən,
Bəmi üzdən bəmləşən şikəstənə görə.
Nə bilim,
Sənə qara baxt dedilər,
Bəlkə də elə mənə görə!

____
*Rəsul Rza

Günün bütün mövzuları

XS
SM
MD
LG