Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:33

Z.Xanlarova: «H. Əliyevə qarşı çıxanlar Prezident Aparatında oturublar»


Zeynəb Xanlarova
Zeynəb Xanlarova
-
«Vaxtilə Heydər Əliyevə qarşı çıxanlar indi Prezident Aparatında oturublar»

Bu sözləri Milli Məclisin mayın 7-də keçirilən iclasında deputat və xalq artisti Zeynəb Xanlarova söyləyib.

Deputat çıxışa başlarkən, vaxtilə Heydər Əliyevə qarşı çıxan insanların onu əsəbiləşdirdiyini vurğulayıb:

«Gülürəm o insanlara ki, Heydər Əliyevə qarşı çıxırdılar. «Vəzirovun ətrafında birləşin, «Əliyevşina»dan qurtarmaq lazımdır» – deyirdilər. Həmin adamlar indi də H.Əliyevin çörəyini yeyir, Prezident Aparatında oturublar. Mən ürəkdən Heydər Əliyev ailəsinə bağlı insanam. «91-lər» mənim evimdə hazırlanıb. O vaxt Sirus Təbrizli deyirdi ki, ay Zeynəb xanım, bu kişinin çörəyini yeyirlər, amma onların qapısına gedirəm, deyirlər ki, «uzaq eləyin». İndi həmin adamlar «Heydər Əliyev, İlham Əliyev» deyirlər. Sonra da deyirlər kişi sözü, kişi sözü. Adam kişi olar da. Sevirdinizsə, o vaxt da sevərdiniz».

«...HƏR ŞEYİ MÜXALİFƏTİN BOYNUNA ATIRLAR»

Spiker Oqtay Əsədovun «İndi ağılları başlarına gəlib» atmacasından sonra Z.Xanlarova gülərək sözlərinə davam edib:

«Vallah, mən hələ hər şeyi demirəm, amma Prezident Aparatında elə insanlar var ki, inanın, təxribatı onlar yaradırlar. Mən bəzilərini çıxıram, hamını demirəm. Var orda elə adamlar. Hər şeyi atırlar müxalifətin boynuna . Amma müxalifət onların yanında yalandır. Oqtay müəllim, adamın düşməni olanda bilirsən ki, düşmənin var, özünü qoruya bilirsən. Düşmən odur ki, sənin qabağında obraza girir, artistlik edir. Necə ki, mənim üçün artist deyirlər, həmin adamlar anadangəlmə artistdir».

Sonra Z.Xanlarova H.Əliyevin xatirəsinə bir şeir parçası da səsləndirdi:

«Oxuyum ruhu şad olsun, elə bilirəm ki, onun üçün oxuyuram»,

«MEHRİBAN XANIMI... JANNA D' ARKA OXŞADIRAM»

Çıxışının sonunda Z. Xanlarova prezident İlham Əliyevdən və xanımı Mehriban Əliyevadan danışdı:

«İlham müəllimin hakimiyyətə gəlməyi hər kəsi çox sevindirdi. Mehriban xanımı isə Janna D'Arka oxşadıram. O, Azərbaycanın Dianasıdır, yetim-yesir anasıdır. Yeddi-səkkiz prezident görmüşəm. Heç birinin qadını bu qədər insanların içində olmayıb. Məktəblərdir, bağçalardır, hamının əlləri göydədir ki, Allah bu ailəni Azərbaycan xalqından əskik etməsin».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG