Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38
-

Mayın 7-də ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyeva Milli Məclisdə Amnistiya Aktını təqdim edib. O, Heydər Əliyevin ailə üzvü kimi mərhum prezidentin sadəliyindən, xeyirxahlığından, mərhəmətli olmasından danışıb:

«Sadə insanlara qarşı münasibətdə çox sadə davranırdı. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarından ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Amma o, prezident seçiləndən sonra bu adamların əksəriyyətini bağışladı və bir daha öz böyüklüyünü göstərdi. Bu gün müzakirə etdiyimiz Amnsitya Aktı əslində bağışlamaq nümunəsidir».

Mehriban Əliyeva bu aktın H. Əliyevin 90 illik yubileyi ərəfəsində qəbulunun böyük rəmzi xarakter daşıdığını da bildirib:

«Bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan humanizm ideyaları olub. Diqqətinizə təqdim olunan qərarda 9 min şəxsin amnistiyaya düşəcəyi, onlardan 2 mindən artıq məhkumun azad olunması gözlənilir. İnanıram ki, azadlığa çıxan insanlar bir daha gələcəkdə belə səhvlərə yol verməyəcəklər, cəmiyyətdə öz yerlərini tutacaqlar».

Mehriban Əliyeva həmkarlarını bu qərarı dəstəkləməyə çağırıb.

Müzakirələrin sonunda 114 nəfər lehinə olmaqla Amnistiya Aktı qəbul edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG