Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:39

ATƏT qapalı görüşdə açıq baxışlar axtarır - [Video]


-

Mayın 7-də Bakıda ATƏT-in təşkilatçılığı ilə müxalifət və iqtidar partiyalarının qapalı görüşü keçirilib.

Görüşdə ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soares iştirak edib.

Görüşdən sonra ATƏT nümayəndəsi AzadlıqRadiosuna açıqlama verib:

«İlham Əliyev daxil olmaqla, bütün görüşlərimiz missiyamızın yerinə yetirilməsi üçün vacib idi. Mən ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsiyəm. Görüşlər zamanı insan haqları, Dağlıq Qarabağ münaqişəsini və regionun bütün problemlərini müzakirə etdik. Görüşlər zamanı işimizə kömək edəcək xeyli məlumat topladıq. Biz səfərimizi Gürcüstan və Ermənistanda da davam etdirəcəyik».

«HESAB EDİRƏM Kİ, CƏNAB SOARES AZƏRBAYCANI TANIYIR»

YAP icra katibinin müavini Mübariz Qurbanlı görüşdən sonra AzadlıqRadiosuna bunları deyib:

«Hesab edirəm ki, cənab Soares Azərbaycanı tanıyır. Mən bildirdim ki, Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir, Azərbaycanda seçki mühiti var. Bu gün Azərbaycan normal seçki keçirmək üçün bütün qaydalara əməl edir. Müxalifət partiyaları nümayəndələri ənənəvi tənqidi fikirlər səsləndirdilər».

Mübariz Qurbanlı

Mübariz Qurbanlı

«İnsan haqları ilə bağlı müzakirələr oldumu» sualına cavabında Mübariz Qurbanlı deyib ki, «Bizim Azərbaycanda insan haqları ilə bağlı problem yoxdur. Bununla əlaqədar müxalifət partiyalarının bəzi nümayəndələri fikirlər səsləndirdi. Biz də onların cavabını verdik». Mübariz Qurbanlı İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi ilə bağlı deyib ki, «Bu, problem deyil. Azərbaycan qanunvericiliyi, konstitusiyası ilə cənab prezident yenidən seçilə bilər. Beynəlxalq normalara da heç bir ziddiyyəti yoxdur. Bu, sadəcə kimlərinsə uydurmasıdır».

«YƏQİN Kİ, AZƏRBAYCAN DA BU ÇƏTİNLİKLƏRDƏN KEÇƏ BİLƏCƏK»

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə görüşün normal keçdiyini deyib:

«Soares izah elədi ki, Portuqaliya da böyük bir diktatura dövrü yaşayıb və hakimiyyət partiyasının nümayəndəsi burdadır, hər şeyi eşitdi. Yəqin ki, Azərbaycan da bu çətinliklərdən keçə biləcək».

«Bu görüş nə qədər səmərəli ola bilər» sualına İsa Qəmbər belə cavab verib:

«Ayrı-ayrılıqda heç bir görüş hələ heç nəyi həll etmir. Ancaq bütün bu görüşlər silsiləsi dünyanın, Avropanın Azərbaycandakı vəziyyətə, o cümlədən, qarşıdan gələn seçkilərə diqqətinin təzahürüdür. Hesab edirəm ki, bunların bütövlükdə müsbət bir nəticəsi olacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG