Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 06:58
-

Təbrizdə həbs olunan Azərbaycan vətəndaşları Xalidə XalidŞamxal Hüseynov ETTELAAT-ın nəzarətində saxlanılır. Onların işi araşdırılır.

Bunu həftəlik mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast bildirib.

O, qeyd edib ki, təhlükəsizlik qüvvələri İranda qanundan kənar və qeyri-adi hərəkətlər törədən xarici vətəndaşların hər bir hərəkətini izləyir. Onlara qarşı tədbirlər görülür:

«İran və Azərbaycan rəsmilərinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olmalarına və buna çalışmalarına baxmayaraq, bəzi ifratçı şəxslər və qüvvələr iki ölkə arasında yaxşı münasibətləri pozmağa çalışır».

Aprelin 30-da gecə saatlarında Xalidə Xalidi və sürücü Şamxal Hüseynovu azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları həbs ediblər. Üstəlik, 4 yerli azərbaycanlı fəalın da həbsi xəbər verilir.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi mayın 4-də ISNA agentliyinə bildirib ki, Azərbaycan vətəndaşları «qanunsuz əlaqələr qurmaqda ittiham olunurlar».

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı nota təqdim edib. İran, hələlik, notaya rəsmi cavab verməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG