Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:59

«Bu günkü qüdrətli Azərbaycan Heydər Əliyevin nişanəsidir»


Oqtay Əsədov

Oqtay Əsədov

Bu fikirləri Milli Məclisin mayın 7-də keçirilən iclasında spiker Oqtay Əsədov sabiq prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məruzə ilə çıxışında deyib:

«1969-cu ildə H. Əliyevin rəhbərlik etməsindən sonra Azərbaycan inkişaf edən respublikaya çevrilib. Azərbaycan keçmiş iki ittifaqda mərkəzdən maliyyələşməyən iki respublikadan biri olub. Heydər Əliyev Azərbaycan əleyhinə yazılmış bütün ssenariləri alt-üst etdi.

Müstəqilliyin ilk illərində səriştəsiz liderlər ölkəni müdafiə edəcək silahlı qüvvələrin formalaşmasına imkan verməmişdilər. Heydər Əliyevin Azərbaycana rəhbərliyindən sonra Azərbaycan ordusu inkişaf etdi və düşmənə sarsıdıcı zərbələr endirdi. 1994-cü ildə atəşkəs elan olundu. Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Heydər Əliyev olmayanı edib.

Azərbaycan iki dəfə müstəqillik əldə edib. Hə ikisində də proseslər bir-birinə oxşayıb. Hansısa siyasi lider deyib ki, siyasət mümkün olanı etmək bacarığıdır. Heydər Əliyev isə mümkün olmayanı edib. Əminəm ki, Heydər Əliyev dühasından güc almış Azərbaycan xalqı əbədiyyətə qədər yaşayacaq, daim var olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG