Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:25

AXCP iclasını Qardabanidə keçirib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ağstafa rayon təşkilatı növbəti iclasını Gürcüstanın Qardabani rayonunda keçirib.

AXCP rayon təşkilatının sədri Maarif Salahov AzadlıqRadiosuna bildirib ki, yerli icra strukturları onlara imkan vermədiyindən Gürcüstana getməli olublar:

«İki aydan çox idi ki, evimizdə belə toplantı keçirməyə imkan vermirdilər, polisi tökürdülər. Bununla bağlı icra başçısı Məhərrəm Quliyevlə iki dəfə görüşmüşəm, vəd versə də imkan vermirdi. Biz də məcbur olub 60 nəfərin iştirakı ilə iclasımızı Qardabanidə keçirdik. Orada maraqlananlar eşidəndə gülürdülər ki, belə şey necə ola bilər».

Mayın 5-də Şəkidə polis AXCP rəhbərliyinin yerli fəallarla görüşünə mane olmuşdu. AXCP Şəki rayon təşkilatının rəhbəri Əli Abdullayevin evinin həyətində keçirilən görüş vaxtı polislər həyətə girib toplaşanları dağıtmışdı.

Bundan əvvəl polis Sabirabad və Qəbələ rayonunun Nic kəndində AXCP rəhbərliyinin iştirakı ilə keçirilən müşavirələri də pozmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG