Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:10

HRW: Hakimiyyət evlərin sökülməsi kampaniyasına dərhal son qoymalıdır


Human Rights Watch təşkilatının loqosu

Human Rights Watch təşkilatının loqosu

Azərbaycan hakimiyyəti Bakıda məcburi köçürmələr və evlərin sökülməsi kampaniyasına dərhal son qoymalıdır.

Human Rights Watch təşkilatının bəyanatında belə deyilir.

Təşkilat bildirir ki, hökumət indiyə qədər köçürülənlər də daxil olmaqla, ev sahiblərinə ədalətli kompensasiya verməlidir.

Bəyanatda vurğulanır ki, bu həftə Bakının mərkəzində açılacaq «Qış parkı» minlərlə sakinin köçürüldüyü yerdir.

Hakimiyyət təntənələr və tədbirlərlə prezident İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin ad gününü qeyd etməyi planlaşdırır.

HRW-nin proqram direktoru Jane Buchanan bildirib ki, «heç olmasa hakimiyyət şəhərin inkişaf planını qəbul etməli və müntəzəm ictimai dinləmələr keçirməlidir. Sakinlərə dəqiq məlumat verilməli, onların fikirlərini ifadə etməsinə şərait yaratmalıdır».

2012-ci ildə Human Rights Watch prezident İlham Əliyevə mənzillərin qanunsuz söküntüsü ilə bağlı müraciət edib. 2011-ci ildə də ona analoji məktub göndərilib. Ancaq bunlar cavabsız qalıb.
Bəyanatda deyilir ki, Bakının mərkəzində daşınmaz əmlakın alınması və sökülməsi Avropa İnsan Hüquqları Konvensiyası ilə bağlı öhdəliklərin pozulmasıdır:

«Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsinə görə, istənilən halda, o cümlədən özgəninkiləşdirmə yolu ilə əmlakdan məhrumetmə qanunauyğun olmalı, cəmiyyətin maraqlarına cavab verməlidir».

Bəyanatda köçürmələrin və evlərin söküntüsünün 2009-cu ildə başladığı, minlərlə ailənin köçürüldüyü, bəzi sakinlərin xəbərdarlıq edilmədən və ya gecəyarısı köçürüldüyü xatırladılır. Hakimiyyətin çox vaxt evləri yararsız hala salmaq üçün kommunikasiyaları kəsdiyi, ev sahiblərinə ədalətli kompensasiya verməkdən imtina etdiyi vurğulanır.

Hakimiyyət sakinlərə hər kvadratmetr üçün 1500 manat (1900 USD) təklif edib. Ancaq bu ərazidə hər kvadratmetrin real qiyməti azı 2500 manatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG