Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

Elmar Məmmədyarov Şri Lanka prezidenti ilə görüşüb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şri Lankada prezident Mahinda Rajapaksa ilə görüşüb.

Şri Lanka prezidenti iki ölkə arasında iqtisadi, enerji, turizm, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial olduğunu, səfərin münasibətlərin inkişafına təkan verəcəyini bildirib.

Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini bildirib. Nazir ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Şri Lankanın müharibədən sonrakı dinamik inkişafını təqdir etdiyini bildirib. Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkib. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıldığını bildirib.

Şri Lanka prezidenti Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi olduğunu, xüsusən də enerji sahəsində geniş təcrübəsini nəzərə alaraq, bu istiqamətdə, həmçinin, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin arzu edildiyini bildirib.

Xəbəri Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG