Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:31

Moskvada minlərlə adam həbslərə etiraz edir (VİDEO)


Moskvanın Bolotnaya meydanında müxalifət nümayişinə minlərlə adam gəlib.

Bu nümayiş bir il əvvəlki nümayişin ildönümünə həsr olunub. O vaxt müxalifət Putinin prezidentliyə qayıdışına etiraz edirdi. Həmin nümayişdə yüzlərlə adam həbs olundu.

Bugünki nümayişi açan Boris Nemtsov həbsdə olan onlarla müxalifətçinin azad olunmasını tələb edib.

Nümayişdə əsas şüar - “6 may məhbuslarına azadlıq” olub.

Nümayişin təşkilatçılarından olan 25 yaşlı Maksim Melkov isə bu gün səhər qəza nəticəsində həlak olub. O, axşam nümayişinə hazırlıq işləri görərkən onun üstə səsgücləndirici düşüb.

Moskva meriyası müxalifətin nümayişinə icazə verib, bir şərtlə ki, meydana gələnlərin sayı 30 mindən çox olmasın.

Nümayiş axşam saat 9:30-da başa çatmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG