Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Almaniyada 8 türkü, 1 yunanı və 1 almanı öldürən neonasistlərin məhkəməsidir


Almaniyada neonasist qrpun üzvü olmaqda ittiham olunan 38 yaşlı qadın Beate Zschaepenin və onun 4 əlaltısının məhkəməsi başlanıb.

Bu dəstə 8 türkün, bir yunanın və bir alman qadın polisinin öldürülməsində ittiham olunur.

Zschaepe həmçinin 15 bank oğurluğunda və 2 bomba partlayışında ittiham olunur.
O, ifrat sağçı, terrorçu milli sosialist təşkilatına üzv olmaqda günahlandırılır.
Məhkəməyə çıxarılan qalan 4 nəfər isə ona kömək etməkdə ittiham olunur.

Bavariyanın türk icmasının başçısı Vural Ünlü deyir: “Təəsüf ki, ictimaiyyət bu məhkəmədə qismən təmsil olunub. Türkiyədən bir dənə də olsun televiya yoxdur. Cəmi 3 gündəlik qəzetdən gəliblər. “
XS
SM
MD
LG