Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:52

İlham Əliyev Beynəlxalq Logistika Mərkəzinin açılışında iştirak edib


-

Mayın 6-da prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda «Silkway Technics» şirkətinin yeni inşa olunan anqar kompleksi ilə tanış olub, Beynəlxalq Logistika Mərkəzinin açılışında iştirak edib, təzə alınmış AİRBUS A340-500 sərnişin təyyarələrinə baxıb.

Hazırda «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın 13 ölkəsinə, o cümlədən 20-dən çox şəhərə uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır.

Prezident Heydər Əliyev Beynəlxalq Aeroportunda inşa olunan yeni aerovağzal kompleksi ilə də tanış olub. Yeni kompleksin ümumi sahəsi 65 min kvadratmetrdir. Burada 24 lift, 30 eskalator, 37 xüsusi X-Ray aparatı quraşdırılacaq./President.az/
XS
SM
MD
LG