Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:08

2 milyon manatdan çox sosial yardımın mənimsənməsi aşkar edilib


Arxiv foto
Arxiv foto
-

Respublika Prokurorluğundan yayılan rəsmi məlumata görə Ağdaş rayonunda 2011-2013-cü illərdə 2 milyon 236 min manatlıq sosial yardım, müavinətlər və təqaüdlər mənimsənib.

Xəbərdə deyilir ki, bu rayonda külli miqdarda mənimsəmə barədə ilkin araşdırmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü aparıb. Yekunda da bu nazirlik Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşlarının əməllərinə qiymət verilməsi üçün sənədləri Respublika Prokurorluğuna göndərib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi də araşdırma aparandan sonra Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlayıb.

Ittihamlar sübut olunsa, Mərkəzin tyəqsirkar əməkdaşları əmlakları müsadirə olunmaqla, və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.

Hələlik adı çəkilən Mərkəzin rəhbərliyi, ya da vəkillərin bu ittihamlarla bağlı hər hansı reaksiyası səslənməyib.
XS
SM
MD
LG