Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13
Ötən gün dünyanın 56 ölkəsinin keçmiş prezident və baş nazirlərini özündə birləşdirən «Madrid klubu» Gəncədə toplanıb. «Madrid klubu»nun prezidenti, Hollandiya Birləşmiş Krallığının sabiq baş naziri Wim Kok Gəncədə qadınların cəmiyyətdəki nüfuzu haqqında söhbət açıb.

Tədbirdə gender bərabərliyi və qadınların problemləri mövzusuna da toxunulub.

«Madrid klubu»2002-ci ildə təsis edilib. Qeyri-kommersiya təşkilatı olmaqla, hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyətləri, alim və işgüzar dünyanın nümayəndələri ilə birlikdə işləyir.

Klubun daha bir missiyası sosial-siyasi dəyişikliklər zamanı dialoqları genişləndirməkdir.
XS
SM
MD
LG